Pasport itdikdə

Tələb olunan sənədlər

 

  • Ərizə-anket (18 yaşı tamam olmuş vətəndaş üçün buradan yüklənə bilər), (18 yaşı tamam olmamış vətəndaş üçün buradan yüklənə bilər);
  • Şəxsiyyət vəsiqəsi;
  • 3x4 ölçüdə iki ədəd (donuq-matoviy) rəngli fotoşəkil (başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur);
  • Bolqarıstan Respublikasında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
  • Bolqarıstan Respublikasında daimi/müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat kartoçkası;
  • Polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini, müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın və ya verilmiş elanın dərc olunduğu qəzetin əsli;
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün hərbi bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır) ;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər)
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.

 

İştirak etməli olan şəxslər

 

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

 

Dövlət rüsumu

 

  • “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.1-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
    Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq və viza şöbəsinə təqdim edilməlidir.

 


BANK:   FIBANK

IBAN №: BG83FINV91501004553912

Aşağıda qeyd olunmuş yaşa uyğun müvafiq dövlət rüsumu onlayn olaraq (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin konsulluq və viza şöbəsinə təqdim edilməlidir. 

 

            0-1 yaş üçün15 manat
            1-3 yaş üçün 25 manat
            3-18 yaş üçün 33 manat
            18 yaşı tamam olmuş şəxs üçün 60 manat

 

  • Pasportunun itirilməsinə görə 30 manat məbləğində inzibati onlayn olaraq (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya  ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin konsulluq və viza şöbəsinə təqdim edilməlidir.

Arxiv üzrə axtarış