Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

 

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələri rəhbər tutaraq və  Azərbaycan Respublikasının Prezidentinin təklifi üzrə Azərbaycan Respublikası ərazisinə vizasız (sadələşdirilmiş) gediş-gəliş qaydası müəyyənləşdirilə bilər.

 

Hazırda, ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları ilə aşağıdakı siyahıda göstərilən ölkələrin vətəndaşlarına qarşılıqlı olaraq vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

 

  • Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları (Siyahı);
  • Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları (link - http://mfa.gov.az/az/content/74/visa-free-countries).

Arxiv üzrə axtarış