Səyahət edənlərin sağlamlığı ilə bağlı

Dünyanın müxtəlif hissələrində baş verən və ehtimal olunan xəstəliklər, pandemiya və epidemiya təhlükələrindən qorunmaq məqsədilə xarici ölkələrə səyahət edən Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycan Respublikasına səyahət edən şəxslərin müvafiq peyvənd və tibbi müayinədən keçmələri tövsiyyə olunur.

Bununla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xüsusi poliklinika ayrılmışdır. Profilaktik tədbirlər və tibbi müayinənin həyata keçirilməsi üçün sözügedən şəxslər aşağıda göstərilmiş ünvana müraciət edə bilər:

Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küç., 22, 20 nömrəli poliklinika,
Tel: (012) 462 53 72

Arxiv üzrə axtarış